Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Silia Floresin ABŞ-nin cütlüyü ələ keçirmək əməliyyatı zamanı qabırğaları sınmış ola bilər.
Qaziler.az xəbər verir ki, bunu Nikolas Maduronun xanımı Silia Floresin vəkili Mark Donnelli CNN-ə bildirib.
Jurnalistlər qeyd ediblər ki, Venesuela liderinin xüsusi diqqət tələb edən sağlamlıq problemləri də var.
Donnelli bildirib ki, gördüyünüz kimi, Flores əməliyyat zamanı ciddi xəsarətlər alıb. O, qadının qabırğalarının sındığını və ya ciddi şəkildə zədələndiyini, tibbi müayinədən keçməli olduğunu irəli sürüb.
QAZİLER.AZ



