Şotlandiya müstəqillik üçün referendum keçirmək istəyir

Şotlandiya müstəqillik üçün referendum keçirmək istəyir backend

Şotlandiyanın Baş naziri Con Suinni bildirib ki, Şotlandiya Milli Partiyası (ŞMP) may ayında Şotlandiya Parlament seçkilərində qalib gələrsə, Böyük Britaniyadan müstəqillik üçün yeni referendum keçirmək niyyətindədir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir.

Suinni bildirib ki, 7 mayda ŞMP-nin məqsədi sadəcə qalib gəlmək deyil, həm də mütləq səs çoxluğuna nail olmaqdır ki, bu da Şotlandiyanın öz gələcəyini seçmək hüququnu təmin edəcək.

“Əgər London yenidən səsverməni keçirməkdən imtina edərsə, şotlandlar qəzəblənəcəklər. 2022-ci ildə Böyük Britaniya Ali Məhkəməsi Britaniya hökumətinin razılığı olmadan müstəqillik referendumunun keçirilə bilməyəcəyinə qərar verib”, - siyasətçi xəbərdarlıq edib.

QAZİLER.AZ