Maduro Nyu-York məhkəməsində danışıb: "Ölkəmin prezidenti olaraq qalıram!"

Maduro Nyu-York məhkəməsində danışıb: "Ölkəmin prezidenti olaraq qalıram!" backend

Həbsdə olan Venesuela lideri Nikolas Maduro Nyu-Yorkda keçirilən ilk məhkəmə iclasında ölkəsinin qanuni prezidenti olaraq qalacağını bildirib.

Qaziler.az xəbər verir ki, bu haqda CNN məhkəmənin canlı yayımına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, siyasətçi narkoterrorizm, silah qaçaqmalçılığı və ABŞ-yə qanunsuz maddələrin idxalı ilə bağlı ittihamlarla üzləşib.

"Mən ölkəmin prezidenti olaraq qalıram!", - deyə Maduro vurğulayıb.

Qeyd edək ki, Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.

QAZİLER.AZ