Polşadakı ukraynalı qaçqınlar müavinətlərini itirə bilərlər

Polşadakı ukraynalı qaçqınlar müavinətlərini itirə bilərlər backend

Polşa hökuməti mart ayından etibarən ukraynalı qaçqınları pulsuz tibbi yardım və mənzil subsidiyalarından məhrum edəcək qanun layihəsi hazırlayır. Lakin Polşada müalicə alan yaralı Ukrayna əsgərləri tibbi yardım almağa davam edəcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzetinin Polşa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ukraynalılar üç illik yaşayış icazəsi almaqla Polşadakı hüquqi statuslarını uzada biləcəklər. Daxili İşlər Nazirliyi həmçinin yeni gələnlər üçün xüsusi şərtlərin və müvəqqəti qorunmanın saxlanılmasını təklif edib, lakin pulsuz mənzil yalnız ölkədə qaldıqları ilk bir neçə gün ərzində təmin ediləcək.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə xüsusi statusa malik təxminən bir milyon ukraynalı var.

QAZİLER.AZ