“ABŞ-nin keçmiş prezidenti Co Bayden 1990-cı illərdən bəri Rusiyaya qarşı münasibəti mənfi olub".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Baydenin keçmiş köməkçisi Tara Rid deyib. Onun sözlərinə görə, hətta senator olarkən belə, o, açıq-aşkar Rusiya əleyhinə mövqe nümayiş etdirib.
“Yadımdadır, bəzi sənədləri gətirmişdim və təsadüfən Con Makkeyn (o vaxt Arizonadan senator idi) ilə Co Bayden (o vaxt Delaverdən senator idi) arasında söhbəti eşitdim. Onlar deyirdilər ki, biz Rusiyanın masada oturmasına icazə verməyəcəyik, onların iqtisadi cəhətdən yüksəlməsinə imkan verməyəcəyik", - Rid deyib.
O qeyd edib ki, Bayden 2014-cü ildə Ukraynada çevriliş baş verdiyindən bəri Moskva ilə qarşıdurma istəyini nümayiş etdirib. Bundan əlavə, Rid vurğulayıb ki, siyasətçi diplomatik karyerası boyunca Rusiyaya açıq-aşkar hörmətsizlik nümayiş etdirib.
QAZİLER.AZ



