Maduro həbs olunarkən geyindiyi boz "Nike" kostyumunun satışı kəskin şəkildə artıb.
Venesuela prezidenti Nikolas Maduronun həbsi zamanı geyindiyi "Nike Tech Fleece" idman kostyumunun satışı liderin onu geyindiyi şəklinin dərc olunmasından sonra artıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, "Nike"ın rəsmi saytının məlumatına görə, ölçülərin yarısı artıq satılıb.
Bundan əlavə, bildirilir ki, kostyumun qiyməti hərraclarda və ixtisaslaşmış məkanlarda kəskin artıb. Belə ki, kostyum həmişə satıldığı 180 dollardan 500-1000 dollara qədər üç dəfə artıb.
Venesuela prezidenti Latın Amerikası ölkəsinin ərazisində keçirilən hərbi əməliyyat zamanı ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Birinci xanım Siliya Flores onunla birlikdə ABŞ-a gətirilib. 3 yanvar şənbə günü keçirilən əməliyyat zamanı ABŞ qüvvələri Karakasda və ölkənin digər bölgələrində strateji əhəmiyyətli hədəflərə zərbələr endirib.
QAZİLER.AZ



