ABŞ heç vaxt Rusiyanın Krımı anneksiya etməsini tanımayacaq. Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cozef Bayden Ukrayna Radasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Rusiyanın bu fəaliyyətinə heç vaxt haqq qazandırmaq mümkün olmayacaq:
“ABŞ Ukrayna ilə birgə Rusiya aqressiyasına qarşı mübarizə aparır. Biz Ukrayna təhlükəsizlik qüvvələrinə bu işdə yardım edirik”.