Polşanın Baş naziri Tusk: "Avropa silahlanmasa, sonudur"
2Avropa zəif və bölünmüş qalsa, artıq müttəfiqləri tərəfindən ciddi qəbul edilməyəcək".
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Polşa Baş naziri Donald Tusk bunu 5 yanvarda bildirib.
"Heç kim zəif və bölünmüş Avropanı ciddiyə almayacaq: nə düşmənləri, nə də müttəfiqləri", - Tusk X sosial media platformasında (Twitter) yazıb.
Polşa Baş naziri həmçinin Avropanı öz gücünə inanmağa, silahlanmağa davam etməyə və əvvəlkindən daha çox birliyə çağırıb.
QAZİLER.AZ



