BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək backend

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.

 

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, iclas Kolumbiyanın tələbi əsasında baş tutacaq.

 

BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında toplanıb.