Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər

Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər backend

ABŞ-nin prezident Nikolas Maduronu ələ keçirmək üçün xüsusi əməliyyat keçirdiyi Venesuelada baş verən hadisələr qlobal bazarlarda neft qiymətinin bahalaşmasına səbəb ola bilər.

 

"Report"un məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban feysbuk səhifəsində yazıb.

 

O bildirib ki, bununla bağlı Macarıstan hökuməti ölkənin enerji şirkətləri ilə təcili məsləhətləşmələr aparıb: "Biz ölkəni Venesuela böhranının neftin bahalaşmasına səbəb ola biləcək nəticələrindən qorumaq üçün enerji sektorunun əsas oyunçuları ilə məsləhətləşmişik. Macarıstan hökuməti bunun üzərində işləyir", - Orban qeyd edib.

 

Eyni zamanda, o, ABŞ-nin Venesueladakı hərbi əməliyyatına hər hansı siyasi qiymət verməkdən çəkinərək, orada heç bir Macarıstan vətəndaşının zərər görmədiyini qeyd edib.