Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib

Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib backend

ABŞ müdafiə naziri Pit Heqset Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib.

 

APA xəbər verir ki, o, bu açıqlamanı 3 yanvarda CBS-ə verdiyi müsahibədə verib.

 

ABŞ-ın Venesuelanı necə idarə etməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq Heqset bildirib ki, Vaşinqton qaydaları müəyyən edəcək.

 

O, bundan sonra nə baş verəcəyinə nəzarət edəcəklərini vurğulayıb və bunun ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirməsi ilə başlaya biləcəyini deyib.