ABŞ Venesuela üzərində uçuşlara qadağa qoyub

ABŞ Venesuela üzərində uçuşlara  qadağa qoyub backend

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkənin kommersiya təyyarələrinin Venesuela üzərində istənilən yüksəklikdə uçuşuna qadağa qoyub.

Bu barədə RBK "The New York Times"a istinadən bildirib.

Qadağa yerli vaxtla saat 2:00-dan qüvvəyə minib və 23 saat ərzində qüvvədə olacaq.

Məhdudiyyətlər davam edən hərbi fəaliyyətlə əlaqədar tətbiq edilib.