ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.
Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.
"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.
Prezident əlavə edib ki, La-Karlota aviabazası, Katiya-La-Mardakı dağ kazarmaları, eləcə də Fort Tiuna hərbi bazası bombalanaraq sıradan çıxarılıb. Petronun sözlərinə görə, El-Xatilyodakı hava limanı da zərbəyə məruz qalıb.
Bundan başqa, Barkisimetodakı 3 saylı F-16 bazası bombardman edilib, Çarallave şəhərindəki özəl hava limanı isə sıradan çıxarılıb.
Qeyd olunub ki, Miraflores rayonunda müdafiə planı aktivləşdirilib.
Petronun bildirdiyinə görə, Karakasın bir sıra rayonları, o cümlədən Santa-Monika, Fort Tiuna, Los-Tekes, "23 yanvar", eləcə də paytaxtın cənub hissəsi elektrik enerjisiz qalıb. Karakasın mərkəzi hissəsinə də hücumlar barədə məlumatlar var.
Report.az



