Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı artıb.
Oxu.Az bu barədə ölkənin Daxili İşlər Nazirliyin (DİN) rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, Yeni il şənlikləri zamanı 1 173 avtomobil məhv edilib ki, bu da bir il öncə ilə müqayisədə təxminən 200 avtomobil çoxdur.
DİN, həmçinin ölkə daxilində zorakılıq və əmlaka ziyanvurma ilə əlaqədar 505 nəfərin həbs olunduğunu bildirib. Onlardan 403-ü polis nəzarətinə götürülüb.



