Kirill Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib.
"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.



