Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko Türkiyə hava sahəsinin alynas tərəfindən gücləndirməsinə münasibət bildirib. Axar.az xəbər verir ki, Moskva rəsmisi NATO-nun Türkiyə vasitəsi ilə təzyiqinin terrorla mübarizəyə mane olacağını deyib:
“Türkiyənin hava müdafiə gücünü artırmaq istiqamətində atılan cəhdlər terrorla mübarizə məsələlərinə aid deyil. Ankara NATO-nun dəstəyi ilə Rusiyanı təzyiq altına almağa çalışsa, bu, terrorizmə qarşı beynəlxalq koalisiya yaradılmasına mane olacaq”.