ABŞ Ukraynanın Putinin iqamətgahına hücumunu araşdıracaq

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumunu  araşdıracaq backend

ABŞ Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdi ilə bağlı vəziyyətin hərtərəfli təhlilini aparmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox Business”ə verdiyi müsahibədə bildirib.

"Vladimir Putinin iqamətgahına hücumla bağlı mövcud olan bütün kəşfiyyat məlumatlarını hərtərəfli araşdıracağıq", - Uitaker vurğulayıb.

Eyni zamanda, amerikalı diplomat Kiyevin belə bir hücumunun "ehtiyatsızlıq" olduğunu, Ukrayna ilə Rusiya arasında sülhə töhfə verməyəcəyi bildirib.

QAZİLER.AZ