Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə "Obşestvennoye" nəşri özünün “Telegram” kanalında məlumat verib.
"Zelenski Putinlə istənilən formatda görüşməyə hazırdır", - nəşr Ukrayna liderinin sözlərinə istinadən qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ sülh planının müddəaları ilə bağlı razılığa gəlmək üçün hər gün intensiv məsləhətləşmələr aparırlar. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovun rəhbərlik etdiyi işçi qrupunun ABŞ Prezidenti Donald Trampın komandası ilə daim telefon əlaqəsi saxladığını bildirib.
QAZİLER.AZ



