Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla Ukraynada Amerika sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə edir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
"Biz bunu Prezident Tramp və "istəklilər koalisiyası"nın nümayəndələri ilə müzakirə edirik. Biz bunun olmasını istərdik", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, "bu, Ukraynanın təhlükəsizliyinin təmin edilməsində güclü mövqe olardı".
Tramp hələlik bu söhbəti təsdiqləməyib.
QAZİLER.AZ



