Britaniyalı məşhur aktyor cəngavər tituluna layiq görülüb

Britaniyalı məşhur aktyor cəngavər tituluna layiq görülüb backend

Britaniyalı aktyor İdris Elba gənclərlə işinə görə cəngavər tituluna layiq görülüb.

Qaziler.az xəbər verir ki, bu haqda “The New York Times” qəzeti yazır.

Aktyor Böyük Britaniyada soyuq silahdan istifadə edilməklə artan cinayətlərin müzakirəsində fəal iştirak edib. O, Kral III Çarlz və Baş nazir Kir Starmer də daxil olmaqla yüksək vəzifəli məmurlarla həll yollarını müzakirə edib.

Yeni ilin Fəxri Siyahısına layiq görülənlər arasında "Wicked" franşizasındakı rolu ilə tanınan aktrisa Sintiya Erivo, müğənni Elli Qouldinq və “Harri Potter” filmində professor Flitvik rolunu canlandıran aktyor Uorvik Devis də olub. Siyahıda müxtəlif peşələrdən olan 1100-dən çox insanın adı qeyd olunub.

QAZİLER.AZ