“Bu gün Rusiya ordusunu dünyanın ən döyüşə hazır ordusu hesab etmək olar”.
Qaziler.az “Zvezda” kanalına istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. Onun sözlərinə görə, ordu ölkənin müstəqilliyini qorumaq qabiliyyətini nümayiş etdirir.
“Yeni il bayramları ərəfəsində ötən ilə nəzər salmaq adətdəndir. 2025-ci ildə silahlı qüvvələrimizin döyüş qabiliyyətini artırmağa davam etdik. Və bu gün əminliklə deyə bilərik ki, Rusiya ordusu dünyada ən döyüşə hazır ordudur. O, ölkənin suverenliyini təmin etməyə qadir olduğunu əməldə nümayiş etdirir”, - deyə Belousov qeyd edib.
QAZİLER.AZ



