Birləşmiş Ərəb Əmirlikləri özünün Yəməndəki hərbi mövcudluğunun başa çatdığını bildirib.
Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bir neçə saat əvvəl Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmənin Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi BƏƏ hərbi qüvvələrinin 24 saat ərzində Yəməni tərk etməsini tələb edib.



