İran texniki çatışmazlıq üzündən Türkiyəyə təbii qaz ixracının həcmini artırmayacağını bir daha bəyan edib. Axar.az xəbər verir ki, “Mehr” agentliyi İran qazının Türkiyəyə ixrac edilən terminalının direktoru Sadiq Əkbərpurun və İran Milli Təbii Qaz Şirkətinin nümayəndəsi Əzizullah Ramazaninin açıqlamalarını əsas gətirirək, Türkiyəyə qaz həcminin artırılmayacağını xatırladab.
Qeyd edək ki, Əkbərpur Türkiyə ilə bağlanan müqaviləyə əsasən, qonşu ölkəyə ildə 10 milyard kubmetr təbii qaz verməyə çalışacaqlarını, 25 il müddətinə gündəlik 30 milyon kubmetr qaz ixrac edəcəklərini bildirmişdi.
İran Milli Təbii Qaz Şirkətinin nümayəndəsi Əzizullah Ramazani də Rusiyanın Türkiyəyə qazı kəsəcəyi təqdirdə ixracı artırmaq imkanında olmadıqlarını açıqlamışdı.