Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb

Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb backend

Latviya Rusiya ilə sərhədində hasarın tikintisini başa çatdırıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna layihəyə cavabdeh olan dövlət şirkəti Valsts Nekustamie Ipasumi (VNI)-yə istinadən məlumat yayıb.

Son mərhələdə, "Igate" kompaniyası  tərəfindən inşa edilən 99 km-lik hasarın 72 km-i istifadəyə verilib.

Latviya-Rusiya sərhədindəki hasarın ümumi uzunluğu təxminən 280 km-dir və texniki cəhətdən mümkün olan bütün yerlərdə fasiləsiz fiziki maneə təmin edir.

Layihənin dəyəri əvvəllər 146 milyon avro olaraq qiymətləndirilirdi.

QAZİLER.AZ