ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Moskvanın daha ciddi nəticələrlə üzləşəcəyini bildirib.
Qaziler.az bildirir ki, o, Rusiya ilə bağlı fikirlərini Fox News-a verdiyi müsahibədə bildirib.
"Nəticə etibarilə, Rusiya danışıqlar masasına ciddi şəkildə oturmağa hazır olmazdan əvvəl daha ciddi nəticələrlə üzləşməli olacaq", - keçmiş dövlət katibi bildirib.
Lenta.ru-nun iddiasına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl bildirib ki, Rusiya lideri Vladimir Putin Alyaskanın Ankoric şəhərində keçirilən danışıqlar zamanı amerikalı həmkarı Donald Trampa güzəştə gedib. O, dövlət başçısının buna hazır olduğunu vurğulayıb.
QAZİLER.AZ



