İraq: “Türkiyəyə verdiyimiz vaxt başa çatır”

İraq: “Türkiyəyə verdiyimiz vaxt başa çatır” backend

Türkiyənin Mosuldan hərbçilərini çıxarması üçün verdiyimiz 48 saat vaxt bu gün başa çatır. Axar.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər naziri İbrahim Cəfəri deyib. Cəfəri Türkiyənin əsgərlərini çıxarmayacağı halda BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bildirib.


Qeyd edək ki, dekabrın 4-də Türkiyə ordusu Mosulda peşmərgəyə hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib.

İraq Baş naziri Heydər Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirib və hərbçiləri çıxarmaq üçün 48 saat vaxt verib.
Diaspora