Finlandiyadan qaçan siyasətçilər Rusiyada qaçqın statusu aldılar

Finlandiyadan qaçan siyasətçilər Rusiyada qaçqın statusu aldılar backend

Finlandiyanın keçmiş millət vəkili Turtiaynen və həyat yoldaşı Rusiyada qaçqın statusu alıblar.

Qaziler.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə, keçmiş Finlandiya parlamentarisi Ano Turtiaynen və həyat yoldaşı Minna Marita Turtiaynen Rusiya Federasiyasında rəsmi qaçqın statusu alıblar.

Bu qərar cütlüyün Daxili İşlər Nazirliyinin Moskva Miqrasiya Baş İdarəsinə müraciət etməsindən sonra verilib.

"Ano Turtiainen və həyat yoldaşı Minna Marita Turtiainen, Rusiya Federasiyasında qaçqın kimi tanınmaq üçün Moskvadakı Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Miqrasiya İdarəsindəki həmkarlarıma müraciət etdilər", - deyə o bildirib.

Volk həmçinin əlavə edib ki, keçmiş millət vəkili, "Hakimiyyət xalqa məxsusdur" partiyasının təsisçisi və lideri Finlandiyanın NATO-ya daxil olmasına qarşı səs verdikdən sonra öz ölkəsində təqiblərə məruz qalıb. O, səs verən yeddi nəfərdən biri olub və ailəsinin həyatı bundan sonra çox çətinləşib.

QAZİLER.AZ