29 dekabr tarixində, Baş nazir Corciya Meloni başda olmaqla İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketi ayırmaq qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə "Ansa" məlumat yayıb.
Kiyevə əlavə hərbi dəstək verilməsinə qarşı çıxan sağçı "Lega" partiyasının müqavimətinə baxmayaraq, yardımın uzadılması qərarı verilib.
İtaliyanın Baş naziri Corciya Meloni vurğulayıb ki, İtaliya Ukraynanı "lazım olduğu qədər" dəstəkləyəcək.
Xatırladaq ki, 2025-ci ildə İtaliyada həm hökumət, həm müxalifət arasında, həm də hakim koalisiya daxilində güclü daxili ziddiyyətlər yarandı.
QAZİLER.AZ



