Rusiyalı şahmatçı və beynəlxalq usta, 12 yaşlı Sergey Sklokin hazırkı Dünya Klassik Şahmat Çempionu, hindistanlı Dommaraj Qukeşi məğlub edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, gənc şahmatçının qələbəsi 29 dekabrda Doha turnirində keçirilən Dünya Blits Çempionatının üçüncü turunda qazanılıb.
Ağ giqurlarla oynayan Sklokin 80-ci gedişdə qalib gəlib. Rusiyalı üç oyun keçirib və liderlər arasındadır.
Dünya Blits Çempionatı 30 dekabrda başa çatır. Sport-Express-in məlumatına görə, turnir 19 turluq İsveçrə sistemi ilə təşkil olunur.
QAZİLER.AZ



