Kiyev yanvar ayında Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Donald Tramp arasında yeni görüşün keçirilməsini gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov özünün Telegram kanalında məlumat verib.
O qeyd edib ki, münaqişənin həlli üzrə danışıqlar prosesinin bir hissəsi olaraq, dekabrın 28-də Floridada iki lider arasında mühüm görüş baş tutub. Umerov bildirib ki, danışıqlardan sonra tərəflər məsləhətləşmələri davam etdirmək və dialoqun növbəti mərhələlərinə hazırlaşmaq barədə razılığa gəliblər.
"Xüsusilə yanvar ayında Vaşinqtonda lider səviyyəsində görüş ola bilər”, - o əlavə edib.
QAZİLER.AZ



