ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Mayk Flinn Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni dəli adlandırıb.
Qaziler.az xəbər verir ki, o, bu haqda sosial media səhifəsi “X”də yazıb.
"O, sizin uşaqlarınızdan nifrət edir. O, hətta seçilməmişdi. Həmçinin o, dəliyə oxşayır”, - Flinn fon der Lyayenin Bill Qeytslə birlikdə 2030-cu ilə qədər 500 milyon uşağa peyvənd vurmaq istəyini şərh edərkən yazıb.
Qeyd edək ki, mayın 4-də Avropa Ədalət Məhkəməsi fon der Lyayeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması üçün müqavilələr haqqında məlumatları gizlətməkdə günahkar bilib.
QAZİLER.AZ



