Polşa Prezidenti və Baş nazir sosial mediada mübahisə ediblər

Polşa Prezidenti və Baş nazir sosial mediada mübahisə ediblər backend

Polşa Prezidenti Karol Navrotski və Baş nazir Donald Tusk “X” sosial media səhifəsində siyasət və tarix mövzusunda müzakirə apararkən mübahisə ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “RMF 24” radiosu məlumat verib.

Ölkə başçısının kollektiv Qərbi Polşa üçün əsas təhlükə adlandırması ilk dəfə deyil. Prezidentin fikirlərini şərh edən Tusk qeyd edib ki, hakim koalisiya ilə anti-Avropa bloku arasında suverenlik və dəyərlər, Qərb və ya Şərq mövzusunda ciddi mübahisə gedir.

Navrotski baş nazirin açıqlamasına tez bir zamanda cavab verib. Polşa lideri özünün və Tuskun tarix fakultəsindən məzun olduqlarına inanmaqda çətinlik çəkdiyini etiraf edib.  

"Siz Cəsur Boleslavı Şərqdə və Qərbdə döyüşməkdə, Böyük Polşa üsyançılarını isə Polşa uğrunda almanlara qarşı döyüşməkdə ittiham edirsiniz?" - deyə Polşa prezidenti soruşub.

Prezident əlavə edib ki, Tusk qəsdən münaqişə yaradır. Eyni zamanda, o, baş nazirin cavabını gözləmədən ona xeyirli istiharət günü arzulayıb, Baş nazir də ona "şirin yuxular" yazaraq qarşılıq verib.  

QAZİLER.AZ