ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ prezidenti Donald Trampı iş adamı İlon Maskla barışdırmaqda əsas rol oynayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens və onun ətrafı Maskın ABŞ-də üçüncü partiya yaratmaq planlarının 2026-cı il konqres seçkilərində və ondan sonrakı dövrdə respublikaçılara zərər verə biləcəyinə qərar veriblər.
Qəzet xəbər verir ki, Vens Maskla birbaşa əlaqə saxlayıb və həmçinin sahibkarın müttəfiqlərinə ona "Amerika” partiyası yaratmaq planlarından əl çəkməsi üçün təzyiq göstərməyə çağırıb.
"Vens və digər Ağ Ev rəsmilərinin aylarla davam edən və təfərrüatları əvvəllər açıqlanmayan kampaniyası öz bəhrəsini verib. Üçüncü partiya yaratmaq planından əl çəkən Mask noyabr ayında Ağ Evdə görünərək Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə verilən şam yeməyində iştirak edib", - deyə nəşr qeyd edib.
QAZİLER.AZ



