Almaniya Ukraynaya silah ixracına icazələrini əhəmiyyətli dərəcədə azaldıb.
Qaziler.az xəbər verir ki, bu barədə N-TV məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Almaniya silahlarının ixrac lisenziyaları iki illik rekord həddən sonra 2025-ci ildə əhəmiyyətli dərəcədə azalma göstərib.
Sol Partiya millət vəkili Ulrix Todenin sorğusuna cavab verən Almaniya Federal İqtisadi İşlər və Energetika Nazirliyinin məlumatına görə, Almaniya hökuməti 2025-ci il yanvarın 1-dən dekabrın 8-dək olan dövrdə 8,4 milyard avro dəyərində silah və digər hərbi texnikanın ixracını təsdiqləyib.
2023-cü ildə çatdırılmaların həcmi 12,15 milyard avroya, 2024-cü ildə isə 13,33 milyard avroya çatıb.
QAZİLER.AZ



