Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 3 polis həlak olub

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda  3 polis həlak olub backend

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 3 polis əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir 6 terroristin zərərsizləşdirildiyini bildirib.

Ali Yerlikaya səkkiz polis əməkdaşının və bir mühafizəçinin yaralandığını da əlavə edib.

Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 8 polis əməkdaşı yaralanıb.

Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.

Yaralanan polislərin həyati təhlükəsi yoxdur.