İŞİD-in silahlarının böyük bir qismi Mosuldakı İraq ordusunun anbarlarından əldə edilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Amnesti İntenəşnl” təşkilatı yayıb. Təşkilat həmçinin İŞİD-in İran-İraq müharibəsindən bu yana bölgədə olan silah qaçaqmalçılığından da istifadə etdiyini bildirib.
Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələri İŞİD-i 2014-cü ilin sentyabrından bombardman edir. Koalisiyanın bu addımı rəsmi Dəməşqlə koordinasiya edilmir. Rusiya ilə İŞİD-ə qarşı əməliyyatlara 2015-ci ilin sentyabrın 30-dan həyata keçirir. Moskva indiyə qədər Qərb dövlətləri, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını İŞİD-ə maddi və hərbi dəstək göstərməkdə günahlandırır.