Parisdə metroda kişi qadınlara bıçaqla hücum edib

Parisdə metroda kişi qadınlara bıçaqla hücum edib backend

Parisdə metroda bir kişi bıçaqla üç qadına hücum edərək onları yaralayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Qəzet hücumların üç metro stansiyasında saat 16:15 ilə 16:45 (Bakı vaxtı ilə 19:15 və 19:45) arasında baş verdiyini bildirib.

Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib və onlar yalnız yüngül xəsarətlər alıblar. Əldə edilən məlumata görə, qadınlardan biri hamilə olub.

Kamera görüntüləri hücumçunu 2000-ci il təvəllüdlü kişi kimi müəyyən edib. O, daha əvvəl hüquq-mühafizə orqanlarının nəzarətində olub.

Polis baş verən hadisənin terror hücumu olduğunu istisna edib. Qeyd edilib ki, bu psixoloji cəhətdən qeyri-sabit bir şəxsin törətdiyi əməl olub.

QAZİLER.AZ