Türkiyədə şəhid oğlunu dəfn edən atanın görüntüsü gündəm oldu - FOTO

Türkiyədə şəhid oğlunu dəfn edən atanın görüntüsü gündəm oldu - FOTO backend

İraqın Şimalında silahının təsadüfən açılması nəticəsində həlak olan Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu 26 yaşlı Taner Arı üçün Solhan Mərkəzi Məscidində vida mərasimi keçirilib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, istər vida, istərsə də dəfn mərasimi zamanı atanın ürəkparçalayan görüntüsü diqqət çəkib.

Belə ki, şəhidin atası Asəf Arının tükənmiş halda olması və qışda tərlik geyinməsi sosial mediada gündəm olub.

QAZİLER.AZ