Şok: BƏƏ bu ölkədə çevrilişə hazırlaşır

Şok: BƏƏ bu ölkədə çevrilişə hazırlaşır backend

Birləşmiş Ərəb Əmirliyi Tunisdə çevrilişə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə Əlcəzair rəsmiləri BƏƏ-nin Tunisdə Misirdəki çevrilişə bənzər hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Tunisə xəbərdarlıq edən əlcəzairli rəsmilər bu ölkə rəhbərliyinə qarşı BƏƏ-nin siyasət yürüdəcəyini bildirib. Belə ki, Tunisdə keçiriləcək prezident seçkiləri öncəsi BƏƏ rəsmiləri prezidentliyə namizəd Baci Qaid Sibsiyə maddi yardım təklif edib. Ancaq Sibsi bu təklifi rədd edib.

Ənnah Partiyasının Misirdəki ssenariyə bənzər şəkildə siyasətdən uzaqlaşdırılmasını istəyən BƏƏ rəhbərliyi hədəfinə Əlcəzair vasitəsilə çatmağı qərara alıb. BƏƏ Əlcəzairə Tunisdə maraqlarını təmin edəcək rəhbərliyi hakimiyyətə gətirmək üçün birgə işləməyi təklif edib.
Diaspora