Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevə 15 il müddətinə təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
"ABŞ 15 illik razılaşma təklif edib və hansı ki bu, uzadıla bilər", - portal Zelenskidən sitat gətirib.
Zelenski daha uzunmüddətli razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib. O, bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
QAZİLER.AZ



