Rusiya XİN: Avropa Rusiya ilə təmaslara hazır deyil

Rusiya XİN: Avropa Rusiya ilə təmaslara hazır deyil backend

“Rusiya təmaslara açıqdır, amma Avropa tərəfində buna hazırlıq əlaməti yoxdur”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Avropa nümayəndələrindən biri alternativlərin mümkün olduğunu və fərqli bir şey sınamağa dəyər olduğunu anladıqda, Rusiya tərəddüd etməyəcək. Ryabkov vurğulayıb ki, Moskva bütün səviyyələrdə cavab verəcək.

"Əlbəttə ki, ən yüksək səviyyədə necə, nəyin və nə vaxt mümkün olacağı barədə şərh verə bilmərəm. Bu, son dərəcə məsuliyyətsizlik olardı. Amma prinsipcə, məsələnin özünə gəldikdə, bizim tərəfimizdən təmaslara açıqlıq var. Digər tərəfdə heç bir istək və ya maraq yoxdur", - deyə xarici işlər nazirinin müavini vurğulayıb.

QAZİLER.AZ