Tramp filibaster qaydasına son qoymağa çağırıb

Tramp filibaster qaydasına son qoymağa çağırıb backend

ABŞ Prezidenti Donald Tramp Konqresin hökumətin maliyyələşdirilməsi ilə bağlı səsvermədə razılığa gəlmədən fasilə verdikdən sonra filibaster qaydasının ləğvinə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Tramp öz fikrini sosial media hesabı “Truth Social”da paylaşıb.

"Filibaster qaydasına son qoymağın vaxtıdır", - Tramp ABŞ Maliyyə Naziri Skott Bessentin qaydanın ləğvi ilə bağlı arqumentlərini təqdim etdiyi məqaləyə istinad edərək yazıb.

Tramp xüsusilə, Bessent filibuster qaydasının uzun müddətdir "Senatı tələsik qərarlardan qorumaq vasitəsi" kimi romantikləşdirildiyini, lakin zaman keçdikcə "azlıq üçün daimi veto və qanunvericilik iflicinin səbəbi"nə çevrildiyini vurğulayıb.

QAZİLER.AZ