Konqresin Respublikaçı üzvləri 2025-ci ildə keçmiş prezident Co Baydenin dövründə qəbul edilmiş rekord sayda 22 qanunu ləğv ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Calle”r qəzeti məlumat verib.
Məqalədə qeyd edilib ki, Respublikaçılar Baydenin prezidentliyinin son aylarında qəbul edilmiş, qazıntı yanacaq istehsalını məhdudlaşdıran, benzinlə işləyən avtomobillərin satışını tədricən dayandıran və overdraft haqlarını məhdudlaşdırmaq adı altında kreditə çıxışı məhdudlaşdıran 22 qaydanı ləğv ediblər.
Nəşr əlavə edib ki, Respublikaçılar 1996-cı ildə Konqresin İcmal Qanununun qəbul edilməsindən bəri ləğv edilən qanunların sayına görə də rekord qırıblar.
QAZİLER.AZ



