"Trampla Avropa haqqında uzunuzadı danışdıq" - Çexiyanın Baş naziri

"Trampla Avropa haqqında uzunuzadı danışdıq" - Çexiyanın Baş naziri backend

Çexiyanın Baş naziri Andrey Babiş ABŞ Prezidenti Donald Trampla telefonla danışdığını açıqlayıb. O, uzun söhbət zamanı müharibə, miqrasiya və Avropadakı vəziyyəti müzakirə etdiklərini bildirib.

Qaziler.az xəbər verir ki, bu haqda Andrey Babiş sosial media platforması “X”də həmvətənlərinə video mesajında ​​bildirib.

"ABŞ Prezidenti Donald Tramp mənə zəng etdi. Biz müharibə, miqrasiya və Avropa haqqında uzun-uzadı danışdıq", - deyə Çexiyanın Baş naziri vurğulayıb.

Babişin sözlərinə görə, söhbət zamanı siyasətçilər Çexiya, Slovakiya, Macarıstan və Polşanın daxil olduğu Vişeqrad qrupundakı vəziyyəti də müzakirə ediblər.

Baş nazirin sözlərinə görə, ABŞ Prezidentinin Milad bayramında zəng etməsi Çexiya Respublikası üçün yaxşı xəbərdir.

QAZİLER.AZ