Ukrayna Prezidenti Volodimir Zelenski davam edən hərbi əməliyyatlar fonunda seçkilərin və referendumun keçirilməsi üçün tənzimləyici çərçivənin hazırlandığını elan edib.
Qaziler.az bildirir ki, “Strana.ua”nın məlumatına görə, ölkə lideri müvafiq qanunvericilik təşəbbüslərinin artıq hazırlandığını qeyd edib.
“Hərbi əməliyyatlar zamanı seçkilərin və referendumun keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsləri artıq hazırlanıb”, - deyə Zelenski bildirib.
QAZİLER.AZ



