Nigeriya hakimiyyəti ABŞ hərbi dəstəyi ilə "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmalarına qarşı yeni zərbələrin endirilə biləcəyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə 26 dekabrda "Euractiv" xəbər portalı Nigeriyanın xarici işlər naziri Yusuf Tuqqara istinadən məlumat yayıb.
"Nigeriya Prezidenti Bola Tinubu yeni zərbələr endirməyə icazə verib", - Tuqqar bildirib.
O əlavə etdi ki, Abuca Nigeriyanın paytaxtı və Vaşinqton İŞİD-ə qarşı yeni hücumlar üzərində sıx əməkdaşlıq edirlər.
Bundan əlavə, Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, bu cür əməkdaşlığın məqsədi “cihadçılara bunun birgə əməliyyat olduğunu anlatmaqdır”.
QAZİLER.AZ



