ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri, keçmiş rieltor Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiyanı ABŞ üçün "Eldorado"ya çevirmək istəyirlər. Lakin buna qarşı çoxlu maneələr var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "The Wall Street Journal"a istinadən məlumat verib.
Uitkoff və Kuşner hesab edirlər ki, Rusiya ABŞ üçün mifik "El Dorado"ya bənzər bir şeyə - geniş təbii sərvətlərə və zəngin biznes imkanlarına malik bir ölkəyə çevrilə bilər.
Rusiyanın qlobal iqtisadiyyata qaytarılması, ola bilsin ki, Amerika investorlarına pul gətirəcək və Rusiyanın Ukrayna və Avropa ilə münasibətlərini sabitləşdirəcək.
Lakin onlar "mənfəət yolu ilə sülh" ehtimalını nəzərdən keçirən ilk amerikalı iş adamları deyillər. Digər amerikalılar, ekspertlər və iş adamları Rusiya ilə əməkdaşlıq ehtimalına çox şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, zəif iqtisadiyyata və diktatura rejiminə malik bir ölkə Amerika kapitalını mükafatlandırmayacaq. Vaşinqton sanksiyaları ləğv etdikdən sonra investorlar Rusiyaya axın etməyəcəklər.
QAZİLER.AZ



