Tramp bazar günü Zelenski ilə görüşəcək: KİV məkanı açıqlayıb

Tramp bazar günü Zelenski ilə görüşəcək: KİV məkanı açıqlayıb backend

Bazar günü, 28 dekabrda Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə bilər. Görüş Trampın Floridadakı iqamətgahında planlaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Axios"a istinadən məlumat yayıb.

"Axios"un jurnalisti Barak Ravid adı çəkilməyən Ukrayna rəsmisinə istinadən görüşün Mar-a-Laqoda keçiriləcəyini bildirib.

"Prezident Tramp bazar günü Mar-a-Laqoda Ukrayna Prezidenti Zelenski ilə görüşəcək", - jurnalist bildirib.

QAZİLER.AZ