Danimarka ABŞ ştatlarını "satın almağı" planlaşdırır

Danimarka ABŞ ştatlarını "satın almağı" planlaşdırır backend

Danimarkalı deputat Yarlov ABŞ borcu səbəbindən ABŞ ştatlarını satın alması ilə bağlı zarafat edib.

Danimarkalı deputat və Müdafiə Komitəsinin rəhbəri Rasmus Yarlov zarafatla bildirib ki, Kopenhagen ABŞ borcu səbəbindən Amerika ştatlarını satın almağı planlaşdırır.

Qazilert.az lenta.ru-ya istinadən bildirir ki, o, bunu ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları fonunda X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Məsələ bizim məmnun olmağımızda deyil, amma Danimarkanın hazırkı artım tempi qənaətbəxşdir. Tezliklə ABŞ ştatlarını satın almağa başlayacağıq. Havay sakinlərinin Danimarkanın bir hissəsi olub-olmamaq barədə qərar vermək hüququ olmalıdır. ABŞ onları inkişaf etdirə bilməz", - o, qeyd edib.

O, ABŞ-ın böyük borclarının olduğunu və şəxsən "həmişə Nyu-Hempşiri sevdiyini" söyləyib.

QAZİLER.AZ