Tanzaniyadakı Kilimancaro dağında xilasetmə vertolyotu qəzaya uğrayıb, nəticədə beş nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə "Sky News" telekanalı dekabrın 25-də məlumat verib.
"Qəza çərşənbə axşamı dağın ən məşhur alpinist marşrutlarından birində xəstələrin tibbi təxliyəsi zamanı baş verib", - deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, qəza 4000 metrdən çox yüksəklikdə baş verib. Təyyarənin göyərtəsində tibbi təxliyə edilən iki xarici vətəndaş, eləcə də yerli həkim, bələdçi və pilot olub.
Vertolyot tibbi təxliyə üzrə ixtisaslaşmış "Kilimancaro Aviation" şirkətinə məxsus idi. Qəzanın səbəbini araşdırmaq üçün komissiya yaradılıb.
QAZİLER.AZ



